Üç məktəblə bağlı qərar verildibackend

Paytaxtdakı 80, 157 və 202 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən xəbərə görə, adıçəkilən məktəblərin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.