UEFA-dan “Qarabağ”ın müraciətinə rədd cavabıbackend
Bakıda “Qarabağ” və Fransanın “Nant” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda bir dəqiqəlik sükut ola bilər.

 

“Yeni Gundem” xəbər verir ki, bu barədə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan əvvəl mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis Azərbaycan-Ermənistan sərhəddində dünyasını dəyişən şəhidlərə görə matçın sükutla başlaması üçün klub tərəfindən UEFA-ya müraciət olunduğunu söyləyib:

“Nə qərar verəcəklərini sabah bizə bildirəcəklər”.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

***

UEFA “Qarabağ”ın oyundan öncə bir dəqiqəlik sükut istəyinə rədd cavabı verib.

Qitə futbol qurumundan klubun narahatlığının başadüşülən olduğu, amma bunun futbolla əlaqəli olmadığı bildirilib.