UEFA 2017-2018-ci il mövsümündə Avropa Liqasında (AL) iştiraka görə ayırdığı maliyyə vəsaitini AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürüb. “Yenigundem” “Qafqazinfo” ya istinadən xəbər verir ki, bu il AL-də ən çox pul qazanan təmsilçimiz “Qəbələ” olub.
Belə ki, “qırmızı-qaralar”ın büdcəsinə 460 min avro əlavə olunub. Turnirdə iştirak etmiş digər klublarımız – “Zirə” və “İnter” isə müvafiq olaraq, 440 min avro qazanıblar.
“İnter” üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.