Ukrayna Silahlı Qüvvələri hücuma hazırlaşır.
“Yeni Gundem” rus mətbuatına istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev jurnalistlərə bildirib.
“Onlar hücum əməliyyatlarına hazırlaşırlar, bunu hamı bilir. Baş Qərargahımız bunu hesablayır və qərarlarını hazırlayır”.
O, həmçinin bildirib ki, Ukrayna Silahlı Qüvvələri Qərbin köməyi olmadan döyüşə bilməyəcək. Onun fikrincə, Kiyev bu yardımdan 100 faiz asılıdır. Siyasətçi əlavə edib ki, Qərbin tədarükü Rusiya ordusunun vəzifələrini çətinləşdirir.
Bundan əvvəl o, xüsusi hərbi əməliyyatın vaxtı ilə bağlı suala cavab vermənin düzgün olmadığını bildirib.
Fərahim Rəhimov