Ukraynanı ərazi bütövlüyünün bərpası üçün silahla təmin eden ABŞ, Azərbaycanı ərazi bütövlüyünü təmin etdiyinə görə ittiham edir – Ülviyyə Həmzəyevabackend

Bu gün Ukraynanı ərazi bütövlüyünün bərpası üçün silahla təmin eden ABŞ, Azərbaycanı ərazi bütövlüyünü təmin etdiyinə görə ittiham edir…

Səbr kasası dolub-daşan Azərbaycan öz torpaqlarını hərb yolu ilə azad edəcəyini bildirəndə Avropa münaqişənin hərb yolu ilə həllinin olmadığını bildirirdi. BMT TŞ-nın 4 qətnaməsi də icra olunmalı idi, lakin Minsk qrupu işi ləngidərək, sülhü bərqərar etmək əvəzinə mövcud vəziyyəti uzadırdı…Ermənistan işğal etdiyi ərazilərimizdəki bütün maddi-mədəni irsimizi vandalcasına viran qoydu, ekosid törətdi və bunların hamısı Qərbin gözü qarşısında baş veririrdi. Lakin bunları görməzdən gələn Qərb, bizi “sülhə” dəvət edən erməni terrorçularına, yeri gəlmiş canilərinə söz demirdi. Nəinki demirdi, açıq aşkar dəstəkləyirdi. Bu haqsızlığa hər zaman düçar olan Azərbaycan öz ərazi bütövlüyünü özü təmin etdi. Azərbaycan Qərbin çirkin əməllərini görüb də, yan keçmədi. Vətən müharibəsi və işğaldan azad etdiyimiz əraziləri yenidən qurub bərpa etməklə öz doğrularımızı və heç kəsdən asılı olmadığımızı aşkar nümayiş etdirdik. Bu gün keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qaytarırıq və aparılan quruculuq işlərini həzm edə bilməyənlər də az, deyil. Xarici düşmanlar dursun qıraqda, öz içimizdəki erməni xislətlilər qələbəmizi və inkişafımızı həzm edə bilmirlər. Onlar hələ də inanmırlar və onlara yuxu kimi gəlir Azərbaycanın bu addımı. Bu gün də Fransa və digər Avropa ölkələri Ermənistanı durmadan sürətlə silahlandırılar və ABŞ-da fürsəti əldən verməyərək Azərbaycana hər zaman tətbiq etmək istədiyi sanksiya planlarının üzərində işləyir. Unutmamışıq! 1992-ci ildə Azərbaycana sanksiyalar tətbiq etdikləri halda ABŞ Əfqanıstana daxil olanda Azərbaycanla əməkdaşlıq lazım olduğuna görə sanksiyaları dayandırmışdı. İndi isə ərazilərimiz bərpa olunduğuna görə bizə sanksiyalar tətbiq etmək istəyir. Öz əlindədir, xeyir edirsə tətbiq etməyə çalışır sanksiyaları.
Qeyd edim ki, Azərbaycanla danışqlarda sülh müqaviləsindən bəhs edən ABŞ Departamentinin Dövlət katibi sanksiyalarla bağlı məktublar hazırlayır. Bu isə ikiüzlülüyün, riyakarlığın göstəricisidir və heç bir siyasi etikaya sığmır. Lakin, biz hər zaman işğalçılıq siyasəti tərəfdarı olan, soy kökü bilinməyən, yeni “mental” dəyərlərə söykənən Qərbdən nə gözləməliyik?
Beynəlxalq hüquq sanki dumana bürünüb və ya yoxmuş. Ölkələrin ərazi bütövlüyndən danışanlar Azərbaycana gələndə bu məsələləri unudur və ölkəmizə təzyiq göstərərək cinayətkar Ermənistana haqq qazandırmağa çalışırlar. Lakin Azərbaycan heç bir sanksiyalara baxmadan, necə ki, öz bildiyini edərək torpaqlarını geri qaytardısa, bu gün də heç kəsə hesabat vermədən regionda istədiyi sülhə nail olacaq!
Azərbaycana qarşı edilən haqsızlıqları digər ölkələr də görür və Qərbə olan inam sarsılır və azalır. Bu gün Ukraynanı ərazi bütövlüyünün bərpası üçün silahla təmin eden ABŞ, Azərbaycanı ərazi bütövlüyünü təmin etdiyinə görə ittiham edir….