Heydər Əliyev Azərbaycanın yüksəlişi,inkişafı ilə sinonim olan bir addır.İnkişaf dedikdə,təsəvvürünüzdə hansı uğurlu etaplar canlanır? Əziz oxucular, mənim bu zaman təsəvvürümdə bələ bir rəsm canlanır.Bir topraq düşünün,bir də bu torpaqda ağac yetişdirmək istəyən bir bağban.Bu ağacı yetişdirmək üçün suya,günəşə və uyğun gübrəyə ehtiyac var.Bunları təmin edən bağban,növbəti etaplarda bu bitkinin böyüyüb ağac olması üçün uyğun günlərdə suyunu verəlidir və bunu səbrlə edərək nəticədə o tumurcuğun böyüyüb ağac olacağını xəyal edərək o böyük günü həyəcanla xəyal etməli və bu həyəcanı gün keçdikcə azalmamalı,əksinə mənzərənin xəyalı və öz gücünə inanaraq hər gün bir daha da həyəcanı artmalıdır.Ən əsası bu xəyalı gerçəyə cevirəcək gücə malik olduğunu aynaya baxaraq bir daha xatırlamalıdır.O hər gün filizlənən bitki məhz bizik! Əziz gənclər biz hər birimiz torpada yetişən, inamla,səbrlə böyüyən və ən əsası fərqli düşüncələrimizlə özəlləşən,fayda verən o ağacıq.Bu fikirlərimizi və xəyallarımızı sərbəstcə,gerçəkləşdirməyimizin təməlində məhz ulu öndərimizdən aldığımız güc sayəsindədir.
Onun idarəetmə dövründə, bir sıra strateji sahələrdə atılan addımların biri də gənclər siyasəti olmuşdur.
Heydər Əliyevin liderliyi dövründə baş verən dövlət inkişafının ən önəmli unsurlarından biri Gənclər Siyasətidir.Bu siyasət, ölkənin gələcəyinin təməlini qoyan, yeniliklərə açıq, vətənə sadiq və peşəkar gənclərin yetişdirilməsini nəzərdə tutur. Heydər Əliyev, gəncləri ölkənin irsini qorumağa və inkişafına töhfə verməyə çağırmaq üçün çox təsirli metodlara baş vurmuşdur.Gəlin bunlara birlikdə nəzər yetirək:
Birincisi, təhsil sistemi dözümlü şəkildə gücləndirilmiş və inkişaf etmişdir. Gənclərə daha yaxşı təhsil imkanları təmin edilmiş, təcrübəli müəllimlər tərəfindən rəhbərlik edilmişdir. Təhsilin keyfiyyəti artırılaraq, ölkənin beynəlxalq arenada konkurentliyini qorumaq və gücləndirmək üçün gənclərə müstəqil fikirlərini inkişaf etdirməyə imkan verilmişdir.
Əlavə olaraq, Heydər Əliyev gənclərin sosial və mədəni tərəqqiyatını dəstəkləmək məqsədi ilə bir sıra tədbirlər təşkil etmişdir. İdman və incəsənət sahələrində fəaliyyət göstərən gənclər üçün təşkil olunan festivallar, yarışlar və layihələr sayəsində onlar öz bacarıqlarını inkişaf etdirib və beynəlxalq arenada tanınmış fəxr hissi yaşayırlar.
Heydər Əliyevin Gənclər Siyasəti ayrıca iş imkanlarını artırmağa və gənclərin kreativ fikirlərinə dəstək verməyə yönlənmişdir. İnnovasiya və texnologiya sahələrində fəaliyyət göstərən gənclərə dövlət tərəfindən dəstək və imkanlar təmin edilməsi, ölkənin inkişafı üçün əhəmiyyətli bir addımdır. Bu da göstərir ki, Heydər Əliyev, gənclərin ölkəyə olan bağlılığını və potensialını çıxarmağa qadir bir lider idi.
Ətraflıca baxdıqda, Ulu öndər Heydər Əliyevin Gənclər Siyasəti, Azərbaycanın sosial, mədəni və iqtisadi sahələrdəki inkişafına böyük töhfə verməkdə nail olmuşdur. Heydər Əliyevin ideya və dəyərlərinin gənclər arasında həyata keçirilməsi, Azərbaycanın gələcəkdə daha da güclənməsinin və böyük uğurlar əldə etməsinin əsasını atmışdır.
Qeyd etmək lazımdır ki, Heydər Əliyevin Azərbaycanın yüksəlişində və inkişafındakı xidmətləri Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kemal Atatürkün siyasətinə bənzəyir. Hər iki liderin ölkələrinin hakimiyyətində öz ölkələrinin ən çətin dövrlərində sabitliyi və istiqaməti təmin edən uzaqgörən lider olmaqları onları həm bu cəhətdə birləşdirir,həm də onların bənzərsiz keyfiyyətlərini önə çıxarır.
Təəccüblənmək lazım deyil ki, hər iki lider öz hakimiyyətləri dövlərinin bitməyinə baxmayaraq öz xalqlarının yaddaşlarında silinməz əbədi izlər buraxıblar.
Ümummilli lider böyük bir rəssam idi. Öncəliklə o azad ölkəmizi təssəvvür etdi,sonra özünəməxsus fırçası ilə yavaş yavaş toxunuşlarına başladı və nəticədə bənzərsiz,azad Azərbaycan rəsmini bitirdi.
Bu rəsmi davam etdirmək məhz bu gün bizim,gəclərin əlindədir.Təsadüfü deyil ki,biz bu rəsmə başlayarkən ümummilli liderimiz keçdiyi etaplardan feyz alacağıq!
Məhluqə Salmanova (Atatürk Universiteti)