Ulu öndərin 100 illik yubileyinə həsr olunan məktəb simpoziumu keçirilib.
“Yeni Gundem” xəbər verir ki, gənc nəsli iqlim dəyişikliyi fəaliyyətlərinə təşviq etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin koordinasiyası, Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, Avropa İttifaqı (Aİ), Yaşıl İqlim Fondu və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə əməkdaşlığı və səyi nəticəsində iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumu keçirilib.
Simpozium çərçivəsində 13 orta məktəbdə təhsil alan yüzə yaxın yuxarı sinif şagirdi ekoloji məsələlər barədə məlumatlılığın artırılmasına və həll yollarının tapılmasına yönəlmiş layihələrini nümayiş ediblər. “Gələcək Burada Başlayır” mövzusunda məktəb müsabiqəsinin qaliblərinə müxtəlif mükafatlar təqdim edilib.
🥇 1-ci yerin qalibi – 23 nömrəli məktəb
🥈 2-ci yerin qalibi – İlyas Əfəndiyev adına Elitar Gimnaziya
🥉 3-cü yerin qalibi – Oxbridge Akademiyası
🎖️Ən Yaxşı Natiq Mükafatı – Ağacəbrail Cəfərzadə
🎖️Ən Yaxşı İnnovasiya Həlli Mükafatı – Akademik Zərifə Əliyeva adına Lisey
🎖️Ən Yaxşı Biznes İdeya Mükafatı – Təhsil Kompleksi №132-134
🎖️Komanda İşi Mükafatı – Bakı Oksford Məktəbi
Simpozium çərçivəsində keçirilən intellektual bilik yarışı üzrə qaliblər:
🥇 1-ci yerin qalibi – 23 nömrəli məktəb
🥈 2-ci yerin qalibi – 62 nömrəli məktəb-lisey
🥉 3-cü yerin qalibi – Bakı Avropa liseyi