Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva seçicilərlə görüşdü
“Yeni Gundem” xəbər verir verir ki, millət vəkili Qaraxanbəyli və Qaraçuq kənd sakinləri ilə qəbul keçirib.
Qəbulda 19 nəfər iştirak etdi və 15-ə yaxın müraciət qeydə alınıb. Qəbul zamanı kənd sakinləri tərəfindən əsasən gecə saatlarında maşın yolunun işıqlandırılmaması, əhalinin çoxaldığı üçün, evlərin sayı artdığından transfarmatorun gücü çatmadığı və elektrikin verilməsində problemlərin yaranması, uşaq bağçasının olmaması, avtobus dayanacaqlarının quraşdırılması, bankomatların olmaması ilə sakinlərin və təqaüdçülərin bununla əlaqəli olaraq şəhərə getmələri, küçə itlərinin kənd sakinlərinə xətər toxundurması ilə bağlı müraciətlər səsləndirilmişdir. Sakinləri narahat edən digər suallar ətrafında da müzakirələr aparılaraq, məsələlərlə əlaqədar aidiyyəti qurumların qarşısında məsələ qaldırıcağımızı bildirilib.