Ülviyyə Həmzəyeva seçicilərlə növbəti görüş keçirib – FOTOLARbackend

27 may Babək rayon Göynük Kənd Mərkəzində 6 saylı Culfa-Babək seçki dairəsi üzrə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Ülviyyə Həmzəyeva, Babək Rayon icra hakiminin müavini Səbinə Abbasova ilə birgə seçicilərlə növbəti görüş keçirmişdir.

“Yeni Gundem”in məlumatına görə, görüşdə, Ülviyyə Həmzəyeva 2024- cü ili əhatə edən kiçik hesabatla çıxış etmiş, kənd camaatının müraciətlərini dinləyərək, qeydə almışdır.
Vətəndaşların ümumi müraciətləri, əsasən dağlıq kəndinin yol problemi, ali məktəbi bitirən müəllimlərin öz kəndlərinə təhkim olunması, Qahab və Göynük ərazisinin təyin edilməsi məsələləri üstünlük təşkil edirdi. Göynük kənd sakinləri öz ərazilərində arıçılıqla məşğul olmaq, öz ərazisində olan örüş yerlərində öz mal-qarasının otlaması istəklərini bildirmişlər. Göynük kənd sakinlərinə, bu və digər məsələlər üzrə müraciətlər qeydiyyata alınaraq, aidiyyəti üzrə müvafıq qurumlara ünvanlanacağı bildirilmişdir.

Ülviyyə Həmzəyeva seçicilərini qarşıdan gələn 28 may Müstəqillik Günü münasibəti ilə təbrik edərək, xoş arzularını çatdırmışdır.

Görüşdə iştirak edən Babək rayonunun İcra Hakimiyyətinə və Kənd Mərkəzi rəhbərliyinə təşəkkür edirik.