Şəhid Qasımov Həmid Oruc oğlu 11 dekabr 1994-cü ildə Şərur rayonunun Qışlaqabbas kəndində dünyaya göz açıb.
Orta təhsilinə indiki Kəngərli rayonunun Qabıllı kənd məktəbindən başlayıb. İlk hərbi təhsilini 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə hərb sənətini öyrənib. 2016-cı ildə leytenant rütbəsi alaraq Goranboyda “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmətə başlayıb.
2017-ci ildə Tərtər rayonunda xidmətini davam etdirib. 2019-cu ildə ordu komandanlığı tərəfindən göstərdiyi xidmətləri nəzərə alaraq Baş Leytenant rütbəsi verilib. və bölük komandiri vəzifəsinə təyin edilib. Xidməti dövründə komandanlıq tərəfindən 3 dəfə fəxri fərmanla mükafatlandırılıb. 3 oktyabrda şəhid olan Həmid Qasımov #Kəngərli rayon Qabıllı kənd məzarlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmid Qasımov ölümündən sonra “Vətən uğrunda” medalı, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən “İgidliyə görə” medalı , Azərbaycanın #Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.
Ruhu şad olsun Şəhidimizin!
Şəhidlər Ölməz Vətən Bölünməz Şərur Şəhidlər.
Ülviyyə Həmzəyeva
Milli Məclisin deputatı