Zəfər tariximizin şanlı səhifələrindən biri olan Qubadlının Ermənistan işğalından azad edilməsi günü, Culfa rayon Mədəniyyət Mərkəzində
dəyərli ziyalımız Ədalət Cəfəroğlunun “ZƏFƏR KITABINI QANLA YAZAN IGID OĞULLAR” adlı kitabın təqdimatında iştirak etdik.
Tədbirdən öncə, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından Azərbaycan himni səsləndirilib.
Bu kitab Vətən torpaqlarının azad edilməsi və sərhədlərimizin toxunulmazlığı uğrunda mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalmış Vətənimizin igid oğullarına ithaf olunub.
Ədalət Cəfəroğlunun bu yeni kitabında I Qarabağ müharibəsi, qədim Naxçıvan torpaqlarının müdafiəsində və 2020-ci il Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş
Culfanın qəhrəman oğulları haqqında sənədli hekayələri, həmçinin vətənpərvərlik ruhunda qələmə alınmış şeirləri toplanmışdır. Kitab
geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Tədbirdə Şəhid ailələri, qazilər, Culfa şəhər İcra hakimiyyətinin əməkdaşları, ictimaiyyət iştirak etmişdir.
Mən hörmətli Ədalət müəllimə təmənnasız , fədəkarcasına artıq ilk olmayan vətənpərvərlik hissi ilə yazılmış və ilk dəfədir təqdimatını keçirdiyi bu anlamlı kitab üçün təşəkkür edir, özünə cansağlığı və gələcək fəaliyyətində uğurlar arzu edirəm.