Ümumdünya Dağ Yəhudiləri Konqresinin sədr müavini, Ümumisrail Dağ Yəhudiləri Assosiasiyasının sədri, Parlament Lobbisinin direktoru Pavel Yelizarov Azərbaycanın Quba rayonuna səfər edibbackend

Ümumdünya Dağ Yəhudiləri Konqresinin sədr müavini, Ümumisrail Dağ Yəhudiləri Assosiasiyasının sədri, Parlament Lobbisinin direktoru Pavel Yelizarov Azərbaycanın Quba rayonuna səfər edib.

“Yeni Gundem” xəbər verir ki, səfər çərçivəsində, 53 saylı Quba-Qusar seçki dairəsi üzrə Milli Məclisin deputatı Anatoliy Rafailov və Ümumisrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri, Magen David Group-un direktoru David Seliverstov arasında görüş keçirilmişdir.
Görüş zamanı, Anatoliy Rafailov bildirmişdir ki, dünyanın bir çox ölkələrində antisemitizm yüksəldiyi təqdirdə Azərbaycanda yəhudi icması sülh və əmin-amanlıq şəraitində yaşayır. Yəhudilər Azərbaycan vətəndaşı olaraq, antisemit münasibət ilə rastlaşmır, Azərbaycan xalqından həmişə dost və mehriban münasibət görür.
Anatoliy Rafailov onuda qeyd etdi ki, 2023-cü il Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması, tarixi ədalətin Zəfər çalmasıdır. Hal-hazırda Azərbaycanın Ermənistana sülh əlini uzadaraq, qonşuluq münasibətlərinin normallaşdırılmasına addım atmağı dünyaya sülh mesajı ötürür.
Pavel Yelizarov öz növbəsində, Azərbaycan nümayəndəliyinin sədri ilə mütəmadi olaraq, onlayn rejimdə, əlaqə saxlaması Azərbaycanda multikulturalizm və tolerantlıq mühitinin harmoniyasını öz gözləri ilə görüb və şahidi olması, yəhudilərin təhlükəsizlik şəraitində yaşamasını sevindirici hal olduğunu qeyd etmişdir.