Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günüdür.
Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir. Ümummilli Lider ömrünün mənasını xalqa xidmətdə görürdü. Məhz onun qətiyyəti və iradəsi sayəsində müstəqilliyin ilk illərində ölkəmizdə mövcud olan böyük təhlükələrin qarşısı alındı, gələcək inkişafın strateji hədəfləri müəyyənləşdi.
Ərazi bütövlüyü və suverenliyini bərpa etmiş müstəqil Azərbaycan Ulu Öndərin arzuladığı, görmək istədiyi Azərbaycandır. Ümummilli Liderin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti bizi dövlət və xalq olaraq bütün hədəflərimizə çatdırır, müstəqilliyimizi əbədi və dönməz edir.
Nigar Məmmədova
Milli Məclisin deputat