“Unibank” məhkəmə çəkişmələri üzrə liderdir: fevralda 586 işə baxılacaqbackend

Banklarla vətəndaşlar arasında məhkəmə çəkişmələri rekord həddədir.

Yeni Gundem” xəbər verir ki, bu haqda TİA.az saytı məlumat yayıb. Saytın araşdırması zamanı ortaya çıxıb ki, bəzi banklar məhkəmə çəkişmələrinin sayına görə öndədir. Təyin edilmiş iclasların sayına nəzər saldıqda məlum olur ki, vətəndaşlarla ən çox problem yaşayan bank “Unibank”, “Kapital Bank” və “Accesbank”dır. Bu banklar üzrə məhkəmə iclaslarının sayı hər ay 200-dən çox olur deyə bilərik.

Fevral ayı ərzində banklarla bağlı keçiriləcək məhkəmə iclaslarının siyahısını təqdim edirik:

“UNİBANK” ASC – 586 məhkəmə
“KAPİTAL BANK” ASC – 403 məhkəmə
“ACCESSBANK” QSC- 223 məhkəmə
“AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC – 177
“BANK OF BAKU” ASC- 149 məhkəmə
“YELO BANK” ASC – 134 məhkəmə
“BANK RESPUBLİKA” ASC – 97 məhkəmə
BANK VTB (AZƏRBAYCAN) ASC – 76 məhkəmə
“PAŞA BANK” ASC – 65 məhkəmə
“EXPRESSBANK” ASC – 61 məhkəmə
“NAXÇIVANBANK” ASC – 61 məhkəmə
“YAPI KREDİ BANK AZƏRBAYCAN” QSC – 59 məhkəmə
“RABİTƏBANK” ASC – 55 məhkəmə BANK “BTB” ASC – 45 məhkəmə
“AZƏR-TÜRK BANK” ASC – 38 məhkəmə
“MUĞANBANK” ASC – 26 məhkəmə
“XALQ BANK” ASC – 24 məhkəmə
MELLİ İRAN BANKI BAKI FİLİALI – 19 məhkəmə
“AFB BANK” ASC- 12 məhkəmə
“BANK AVRASİYA” ASC – 8 məhkəmə
“GÜNAYBANK“ ASC- 5 məhkəmə
“PREMİUM BANK” ASC – 4 məhkəmə
“AZƏRBAYCAN SƏNAYE BANKI” ASC – 3 məhkəmə
“ZİRAAT BANK AZƏRBAYCAN” ASC – 1 məhkəmə