“Ürək əməliyyatı olacaqdım, balamı gözləyirdim” – “Mahir Ay Brat”ın anası danışdı – VİDEObackend

Qanunsuz olaraq külli miqdarda narkotik saxlamaqda ittiham olunan meyxanaçı Mahir Qonşuyevin (“Mahir ay Brat”) cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

“Yeni Gundem” musavat.com-a istinadən bildirir ki, hökmə əsasən, M.Qonşuyevə 1 il 8 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq daşıma) cəzası təyin edilib. Meyxanaçı məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Azadlığa qovuşan meyxanaçı İTV-yə açıqlama verib:

“Çox sağolsunlar ki, məhkəmədə ədalətli qərar çıxartdılar. Sağolsunlar humanist addım atdılar”.

Meyxanaçının anası da, oğlunun evə gedəcəyindən sevindiyini bildirib:

“Allah hakimdən də, vəkildən də razı olsun. Sağolsunlar ki, balamı mənə təhvil verdilər. Ürəyimdən əməliyyat olacaqdım, balamı gözləyirdim. Şükürlər olsun Allahın birliyinə”.