6 nömrəli şəhər poliklinikasında bülleteninin vaxtını uzatmaq üçün gələn bir kişi dünyasını dəyişib. Xezerxeber.az xəbər verir ki, verilən məlumata görə, Məmməd Məmmədov 3 gün əvvəl ürəyinə stent qoydurub. Elə kardioloqun otağının qarşısında da yerə yıxılaraq dünyasını dəyişib.
Mərhum Məmməd Məmmədovun müayinə olunmaq üçün gəldiyi kardioloq Rahilə İsmayılova isə bildirib ki, xəstə oktyabrın 26-da döş qəfəsindəki ağrıya görə gəlib. Ona müayinədən sonra təcili yardım çağırılıb.
Xəstəxanaların birində ürəyinə 2 stent qoyulub. Bu gün də xəstəlik vərəqəsinin vaxtını uzatmaq üçün poliklinikaya gəlib. Həkim bildirdi ki, xəstə həmin an keçinməyib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib.