Uşağını təkbaşına böyüdən kişilərin nəzərinəbackend

Üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə yeni hüquq verilir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə biləcəklər.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.