Rusiyanın Sankt-Peterburq şəhərində 36 yaşlı miqrant sosial şəbəkələrdə uşaq pornosunu yaymaqda şübhəli bilinərək saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, polis Butlerov küçəsində Azərbaycan vətəndaşını saxlayıb. O, yetkinlik yaşına çatmayanların iştirakı ilə pornoqrafik materialların alveri maddəsi ilə cinayət törətməkdə şübhəli bilinir.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 242.1-ci maddəsinin 2-ci hissəsi (“İnternetdən istifadə edərək yetkinlik yaşına çatmayanların pornoqrafik təsvirləri olan materialların və ya əşyaların hazırlanması və yayılması”) ilə cinayət işi başlanıb./Lent.az