Uşaq pulu niyə vacibdir? – Deputat açıqlayırbackend

Çoxuşaqlı ana anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi ilə bağlı məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsində müzakirə olunub və müsbət qarşılanıb. Aidiyyatı dövlət qurumu da məsələyə isti yanaşır. İnşallah, müsbət həll olunmasına ümid böyükdür”.

Bunu açıqlamasında Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.

 

“İndi keçək məsələnin vaciblik mahiyyətinə. Maraqlıdır ki, 2019-cu ilin əhalinin siyahıyaalınmasına əsasən, Azərbaycands 6 və daha çox uşağı olan 16 169 ailə mövcud olub. Hal-hazırda cəmi 2600 ailə uşaq pulu alır.

Nəzərə alaq ki, 5 və daha çox uşağı olan da 2023-cü ildən bura daxil edilib. Belə çıxır ki, əhalinin ciddi şəkildə azalması müşahidə olunacaq. Ciddi demoqrafik vəziyyətlə üzləşəcəyik. Beş il ərzində çoxuşaqlı anaların sayı 4-5 dəfə azalıb.

2019-cu ildə keçirilmiş əhalinin son siyahıyaalınmasınına görə ölkədə 1 milyon 347 min 534 uşaqlı ailə var.

Biruşaqlı ailələrin sayı 422 989, ikiuşaqlı ailələrin sayı 557 min 814, üçuşaqlı ailələrin sayı isə 256 261 nəfər olub.

Azərbaycanda 71 min 151 dörduşaqlı, 23 min 150 ailə beşuşaqlı, altı və daha çox uşaqlı isə yuxarıda qeyd etdiyim kimi 16 169 ailə olub.

2019-cu ildə altı və daha çox uşağı olan 16 169 ailədən 2024-cü ildə cəmi 2600 nəfər ana uşaq pulu alıb. Azalma ciddi rəqəm ortaya qoyur. Nəzərə alaq ki, hələ 5 uşaqlı ailə də bura daxildir. 2019-cu ildə beşuşaqlı sayı 23 150 ailə olubsa, biz o rəqəmi də altı və daha çox uşağı olan ailələrin üzərinə gəlib hesab aparmalıyıq. 23 150 ailənin üzərinə 16 169 əlavə etsək aldığımız rəqəm 39 319 ailə.

Bu gün isə 2600 uşaq pulu alan ailə. Belə çıxır ki, 5 il ərzində 36 719 çoxuşaqlı ailə azalıb”, – millət vəkili bildirib.

MCP başqanı araşdırma apardığını və 2016-cı ildən başlayaraq uşaq sayının azalmağa başladığını qeyd edib:

“Statistikaya baxsaq görərik ki, birinci sinfə gedənlərin da sayında ildən-ilə azalma gedir.

Bütün dünyada uşaq pulu, əsasən ölkənin demoqrafik vəziyyətinə uyğun olaraq verilir. Artıq biz də uşaq pulu vermək üçün əsas əldə etmişik. Əhalinin sayının azalmasının qarşısını almaq üçün uşaq pulu verilməsi vacibdir”.