Xırdalan şəhərindəki Abşeron rayon Heydər Əliyev Mərkəzində uşaqlar üçün xüsusi bir tədbir təşkil olunub. Azərbaycan İncəsənət Məktəbinin kiçik yaş aktyor heyəti “Yeni İl Sərgüzəştləri” tamaşasını təqdim edib.
“Yeni Gundem” xəbər verir ki, tədbirdə 300-ə yaxın iştirakçı, o cümlədən həssas əhali qrupundan olan uşaqlar, şəhid ailələrinin üzvləri, qazilərin övladları və Abşeron məktəbliləri iştirak edib. Tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və anşlaqla keçib.
14 nəfərdən ibarət kiçik yaş aktyor heyətinin iştirakı ilə hazırlanmış tamaşa uşaqların dünyagörüşünün genişlənməsinə və cəmiyyətə inteqrasiya prosesinə töhfə verib.
Deputat, eyni zamanda, tədbirin təşkilatçılarına – Mədəniyyət Nazirliyinə, Abşeron Rayon İcra Hakimiyyətinə, Azərbaycan İncəsənət Məktəbinə və məktəbin müəllimi, aktyor Rəhim Rəhimova təşəkkürünü bildirib.