Uşaqların sevdiyi məkan: “Empati” uşaq bağçası, tədris mərkəzinin 5 yaşı tamam oldubackend

“Empati” Kids Körpələr Evi-Uşaq Bağçasının yaranmasından 5 il keçir. 2018-cı ilin dekabr ayında fəaliyyətə başlayan mərkəz bu müddət ərzində yenilikləri və uğurları ilə ilklərə imza atmış və kurs sistemində keyfiyyəti ilə daim xidmətinizdədir.

Hər bir valideynin arzusudur ki, övladı dərin biliyə, yüksək mədəniyyətə, əxlaqi və mənəvi keyfiyyətlərə, mütərəqqi dünyagörüşünə malik bir şəxsiyyət kimi formalaşsın.

Uşaqların intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq hisslərinin və həyati bacarıqların formalaşmasında, məktəbə hazırlanmasında bağça mühüm rol oynayır.

Məktəbəqədər təlim-tərbiyə, uşaqların gələcəyi üçün əla bir başlanğıcdır. Uşağın bu dövrdə necə təhsil alması və hansı təlim-tərbiyə üsulundan keçməsi üçün doğru bağçanı seçmək çox önəmlidir.

“Empati” Kids Körpələr Evi-Uşaq Bağçası.

Bakı şəhəri,Xətai rayonu, M.Hadi 64 ünvanında fəaliyyət göstərən bağçanın binası standartlara uyğun olaraq işıqlı, havalandırma və istilk sistemi, sanitar-gigiyenik tələblərə uyğun tədris, yataq və oyun otaqları, yüksək keyfiyyətli tədris ləvazimatları ilə təchiz olunub.

PEŞƏKAR KOLLEKTİV

Uşaqlar yalnız sevgi və hörmət gördükləri, fikirlərinə önəm verilən və özlərini etibarda hiss etdikləri dəstəkləyici mühitdə kəşf edə və öyrənə bilirlər. Bu dəstəkləyici mühitin ən əhəmiyyətli komponenti isə müəllimə ilə uşaq arasında qurulan əlaqədir. “Empati” uşaq bağçasının müəllimləri uşaqların var olan bacarıqlarını inkişaf etdirməyə və yeni bacarıqlar qazanmasına dəstək olurlar. Müəllimə və tərbiyəçilər uşağın ehtiyaclarına, fərdi fərqliliklərinə uyğun olmağa çalışır, onlarda məsuliyyət, yardımlaşma, həmrəylik, paylaşma kimi duyğu və davranışları inkişaf etdirirlər. Bağçada çalışan müəllimələr  ali təhsilli, təcrübəli, peşəkar mütəxəssislərdir. Onlar uşaqlara diqqət və qayğıyla yanaşır, hər bir ehtiyaclarını ürəklə qarşılayırlar.

Kiçik yaşlı balacalar diqqətlərinin qeyri-sabitliyi, əhval-ruhiyyələrinin dəyişkənliyi, tez yorulmaları ilə fərqlənirlər. Bağçanın müəllimə və tərbiyəçiləri hər an onların qayğısına qalır, tapşırıqları müəyyən edilmiş normada verirlər. Yaxşı, gümrah əhval-ruhiyyə, təbəssüm, şən və sevinc bəxş edən baxış kiçik yaşlı balacaların mənəvi aləminin formalaşmasında mühüm rol oynayır. “Empati” uşaq bağçası, tədris mərkəzinin müəllimə və tərbiyəçilərinin səmimiliyi, uşaq təfəkkürünün konkretliyi, fərdi xüsusiyyətlərini nəzərə ala bilməsi balacaların gələcəkdə bir şəxsiyyət kimi formalaşmasına, əxlaqi keyfiyyətlərinin inkişafına böyük təsir edir. Hər bir uşaq bir fərd – təkraredilməzdir, onun öz aləmi var. Ona görə də müəllim və tərbiyəçilər hər bir uşağa sevinc bəxş etməyi, onun kövrək mənəvi aləminin ilk guşə daşlarını böyük ustalıqla, ehtiyatla qoymağı bacarırlar.

Savadlı müəllim, məktəbəqədər təhsilin və uşağın inkişafına təsir edən ən əsas faktorlardan biridir. Burada çalışan peşəkar, yüksək ixtisaslı məktəbəqədər hazırlıq üzrə metodistlər məşğələlərin təşkilinin keyfiyyətinə və təhsil alan uşaqların inkişafına nəzarət edir.

SEVGİ DOLU MƏKAN

Uşağın normal inkişafa sahib olması üçün məktəbəqədər dövr boyunca sağlam qidalanması mühüm şərtlərdəndir. Düzgün və keyfiyyətli qidalanan uşaqlar bir sıra sahələrlə yanaşı, təhsildə də irəli gedə, yüksək fəallıq göstərə bilirlər. Düzgün qidalanmanın əsasında təbii və keyfiyyətli qida məhsullarından hazırlanmış yeməklər, vitaminlərlə zəngin meyvə və tərəvəzlər və əlbəttə ki, rejimə əsaslanan qidalanma durur. “Empati” uşaq bağçası bütün bunları nəzərə alaraq uşaqlar üçün sağlam qidalardan hazırlanan menyu tərtib edir. Bağçada uşaqların qidalanmasına çox ciddi yanaşılır. Uşaqlar yüksək keyfiyyətli, orqanik məhsullardan hazırlanan qidalarla təmin edilir. Onlara meyvə və meyvə şirələri, salatlar, şorbalar, təmiz və sanitar tələblərə cavab verən ətdən hazırlanmış xörəklər, müxtəlif şirniyyatlar verilir. Uşaqların sağlam qidalanması məqsədi ilə gündəlik menyuya həkim tərəfindən nəzarət edilir.

Hər gün bütün uşaqlar bağçanın həkim-pediatrı tərəfindən profilaktik baxışdan keçirilir. Yoxlama zamanı uşağın səhhətində problem, qripə yoluxma və sair aşkarlananda valideynə xəbərdarlıq edilir və uşaq tam sağalanadək müvəqqəti bağçadan təcrid olunur. Bağçada sanitar-gigiyena qaydalarına uyğun olaraq gündəlik təmizlənmə və aylıq sanitar epidomoloji vəziyyətin stabil saxlanılması üçün dezinfeksiya işləri həyata keçirilir.

Kollektivimiz adından “Empati” Kids Körpələr Evi-Uşaq Bağçasının kollektivini 5 yaşları münasibəti ilə təbrik edirik.