Uzaqgörən siyasətin təməlində xalq-iqtidar birliyi dayanırbackend

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Abşeron rayonu, Qobu bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bildirib ki, xalqın etimadını layiqincə doğruldan Yeni Azərbaycan Partiyası növbəti seçkilərə də qələbə əzmi ilə qatılıb. Onun sözlərinə görə, bu gün sıralarında 740 mindən çox üzvü birləşdirən YAP gücünü xalqın dəstəyindən alır.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, seçki qərargahının üzvü Nigar Məmmədova Prezident İlham Əliyevin Azərbaycan xalqının firavan gələcəyinə xidmət edən uzaqgörən siyasətinin təməlində xalq-iqtidar birliyinin dayandığını qeyd edib. O, sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşının Prezident, YAP Sədri İlham Əliyevin siyasi kursunu dəstəklədiyini bildirib.

Sonra bələdiyyə üzvlüyünə namizədlər Araz Nəcəfov və Həsən Hacıağayev görüş iştirakçılarını seçkilərdə fəal iştirak edərək Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının  namizədləri Abşeron rayonunun kənd və qəsəbələrində məhəllə görüşləri də keçiriblər.