“Lukoyl” “Spartak” futbol klubunun və “Otkritie Bank Arena” stadionunun səhmlərinin hamısını ələ keçirdiyini elan edib.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti “VKontakte”də paylaşım edib.
20 ildən artıqdır ki, “qırmızı-ağlar”ın baş sponsoru olan, azərbaycanlı iş adamı Vahid Ələkbərovun rəhbərlik etdiyi “Lukoyl” yeni planlarını açıqlayıb: “Yaxın vaxtlarda “Lukoyl” idman sənayesində uğurlu təcrübəyə malik peşəkarları cəlb etməklə klub idarəetmə sisteminin təkmilləşdirilməsinə yönəlmiş bir sıra strateji təşəbbüslər həyata keçirməyi planlaşdırır. Şirkətimiz klub infrastrukturunun fəal inkişafını davam etdirəcək, xüsusən də akademiya üçün şərait yaradılacaq. Şirkət həmçinin, Tuşinoda universal idman zalının və otelin tikintisində investor kimi çıxış edəcək.