Vahid Ələkbərovun şirkəti “Spartak”ı ələ keçirdi – RƏSMİbackend

“Lukoyl” “Spartak” futbol klubunun və “Otkritie Bank Arena” stadionunun səhmlərinin hamısını ələ keçirdiyini elan edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti “VKontakte”də paylaşım edib.

20 ildən artıqdır ki, “qırmızı-ağlar”ın baş sponsoru olan, azərbaycanlı iş adamı Vahid Ələkbərovun rəhbərlik etdiyi “Lukoyl” yeni planlarını açıqlayıb: “Yaxın vaxtlarda “Lukoyl” idman sənayesində uğurlu təcrübəyə malik peşəkarları cəlb etməklə klub idarəetmə sisteminin təkmilləşdirilməsinə yönəlmiş bir sıra strateji təşəbbüslər həyata keçirməyi planlaşdırır. Şirkətimiz klub infrastrukturunun fəal inkişafını davam etdirəcək, xüsusən də akademiya üçün şərait yaradılacaq. Şirkət həmçinin, Tuşinoda universal idman zalının və otelin tikintisində investor kimi çıxış edəcək.

Bu təşəbbüslərin, “Lukoyl”un və klubun digər tərəfdaşlarının davamlı sponsorluğu sayəsində “Spartak”ın mövqeyinin daha da möhkəmlənəcəyinə, onu yeni qələbələrə aparacağına inanırıq”.

Qeyd edək ki, bu dəyişikliklərə görə Leonid Fedun 18 il işlədiyi “Spartak”ın prezidenti postunu tərk edib.

Rusiya çempionatının bu mövsümündə “qırmızı-ağlar” altı oyunda 13 xal toplayıb və turnir cədvəlində ikinci yerdədir.Fanat.Az