“Valideynlərin hər ikisi diabet xəstəsidirsə…”backend

“Valideynlərin hər ikisi diabet xəstəsidirsə, uşaqların 30 faizində bu xəstəlik ola bilər”.

“Yeni Gundem” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.

“Bu da diabet xəstəliyinin genetik faktorlu olmasından qaynaqllanır. Ən çox rast gəlinən növ – 1-ci tip diabetdi və bütün yaşlarda ortaya çıxa bilər. Son 10-20 ildə 2-ci tib diabet isə uşaqlarda rast gəlinir və bu, 10 yaşdan sonra ortaya çıxır”, – o vurğulayıb.