Vasif Məhərrəmli hirsləndi: “Sosial şəbəkədəkilər gədə-güdədirlər”backend
“Mətanət Əsədovanın ad günündə Könül Xasıyevaya pul verilməsi təşəbbüsü məndən gəlib”.
“Yenigundem” aznews.az-a istinadən xəbər verir ki, müğənni Vasif Məhərrəmli, xalq artisti, ağır xəstəlikdən əziyyət çəkən Könül Xasıyevanın əlinə pul verilməsi ilə bağlı sosial şəbəkədə yayılan videoya münasibət bildirərkən deyib.
Sənətçi açıqlamasında sosial şəbəkə izləyicilərini təhqir edib:
“Xanəndənin əlinə pul qoyarlar. Bu təşəbbüs məndən gəlib. Adama deyərlər imkanın çatarsa, sən də elə. Ürəymdən gəlib, eləmişəm. Sonra da dostlarımdan xahiş etmişəm, demişəm ki, məni istəyənlər hamısı pul versin. Xanəndələrə pul verməyəndə pərt olurlar. Bu ənənə Cabbar əminin dövründən bizə gəlib. Bu sahəni bilən yoxdur deyə, belə danışırlar. Biz pulu harada verək? Şəkidə? Mənə ağıl verirlər? Sosial şəbəkədəkilər gədə-güdədirlər. Siz bilmirsiniz oxumaq nədir. Burada nə pislik var? Mən belə səviyyəsiz rəyləri, fikirləri oxumuram. Sosial şəbəkədə olanların əlindən heç nə gəlmir”.
Qeyd edək ki, bir neçə gün öncə müğənni Mətanət Əsədovanın ad günü mərasimi keçirilib. Mərasimdə səbəbkar da daxil olmaqla bir necə sənət adamı-Vasif Mərərrəmli, Manaf Ağayev xalq artisti Könül Xasıyevanın əlinə pul verib. Bu isə sosial şəbəkədə böyük müzakirəyə səbəb olub. İzləyicilər həmin anın videoya çəkilərək paylaşılmasını Könül Xasıyevaya dəstək yox, sədəqə verilməsi kimi qiymətləndiriblər.