Vasif Talıbov uzun müddət sonra belə görüntüləndi – FOTObackend

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Rza Talıbov ailəsinin fotolarını paylaşıb.

“Yeni Gundem” qafqazinfo-ya istinadən xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anım günündə paylaşılan ailə şəkillərində V.Talıbov xanımı, oğlu və nəvəsi ilə görüntülənib.

Sabiq sədrin ailəsi fotonu Heydər Əliyevin qarşısına gül dəstələri qoyulan portreti önündə çəkdirib.

Xatırladaq ki, mətbuatda V.Talıbovun son fotosu elə ötən ilin 10 may tarixində Heydər Əliyevin abidəsini ziyarət edərkən yayılmışdı.

Qeyd edək ki, V. Talıbov 2022-ci ilin dekabrında istefa verib.