Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vaxtı çoxdan çatıb. Amma Ermənistan hər vasitə ilə prosesi yubatmağa çalışır.
Bu sözləri “Yeni Gundem”-ə Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
Millət vəkili açıqlayıb ki, Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağın və münasibətlərin normallaşdırılmasının təşəbbüskarı Rəsmi Bakıdır.
“ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəngi zamanı da sülh müqaviləsi üzrə danışıqların əhəmiyyəti vurğulanıb. Telefon danışığından bu qənaətə gəlmək olur ki, Ağ ev bu istiqamətdə dəstəyi davam etdirmək niyyətindədir. Əslində Azərbaycan hər zaman sülh gündəliyini dəstəkləyir, Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağın və münasibətlərin normallaşdırılmasının təşəbbüskarı da elə Rəsmi Bakıdır. Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip Ermənistana təklif edilib. Ermənistan bu şərtləri qəbul etdiyini bildirsə də, pozucu fəaliyyətindən əl çəkmir”.
Deputat Könül Nurullayeva vurğulayıb ki, Vaşinqtonun vasitəçiliyi ilə baş tutan XİN rəhbərlərinin danışıqları müsbət haldır.
“Vaşinqtonda A.Blinkenin vasitəçiliyi ilə xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında baş tutan və bir neçə gün davam edəcək görüşdə də normallaşma prosesi, regionda təhlükəsizlik vəziyyəti müzakirə olunur.Tərəflər arasında baş tutan danışıqlar müsbət haldır. Amma bu, danışıqlar xatirinə danışıqlar, vaxt uzatmaq üçün fürsət olmamalıdır. Ermənistan Brüssel formatı çərçivəsində sərgilədiyi pozucu davranışlardan əl çəkməli, nəticəyönümlü addımlar atmalıdır. Parisin və digər himayədarın çətiri altnda gizlənmək, təxribatlar vasitəsilə normallaşma prosesini yubatmaq arzuolunan hal deyil. Tərəfləri bir araya gətirən vasitəçilər də bu mənada Ermənistanı konstruktiv mövqe nümayiş etdirməyə sövq etməlidir”.
K.Nurullayevanın fikirincə, Ermənistan indi prosesə təkan verməli və sülhün imzalanmasına tələsməlidir.
“Digər tərəfdən, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin qoyulması da sülh prosesində müəyyən irəliləyiş yarada bilər. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərdə də bəyan etmişdi ki, sərhəd-keçid məntəqəsinin qoyulmasından sonra sərhədlərin delimitasiya və demokrasiyasından danışmaq olar”,- deyə deputat qeyd edib.
Fərahim Rəhimov