Vens: Bayden ABŞ-ın iqtisadi fəlakətini Trampa buraxırbackend

Hazırkı Amerika lideri Co Bayden ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampı iqtisadi fəlakətlə tərk edir.

“Yeni Gundem” xəbər verir ki, bu fikri ABŞ-ın gələcək vitse-prezidenti Cey De Vens “Fox News” telekanalında bildirib.

“Bayden bizi təkcə sərhəddə deyil, həm də iqtisadiyyatda fəlakətlə tərk edir”, – deyə o vurğulayıb.

Vance qeyd edib ki, Bayden ölkənin milli borcunu trilyonlarla dollar artırıb və eyni zamanda, neft qiymətlərinin sürətlə artmasına görə məsuliyyət daşıyır.