Zəfər günü qazimizin oğlan övladı dünyaya gəldi, adını Zəfər qoydu – FOTO/VİDEObackend

“Bu gün bizim çox sevincli, həm də kədərli günümüzdür. Sevincli günümüzdür ki, biz 30 ildir düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etmişik. Kədərlənirik ona görə ki, şəhidlərimiz bu günü görmədi. İkinci Qarabağ müharibəsində mən də iştirak etmişəm. Ağır döyüşlərdə yaralanmışam.3-cü qrup əliləm. Füzuli və Xocavənd rayonlarında döyüşdə olmuşam. Oğlumun dünyaya gəlişi vaxtilə mənim döyüşlərdə yaralandığım tarixi günə təsadüf etdi. Bu gün də onu xəstəxanadan çıxartmışıq. Oğlumuza Zəfər adını vermişik. Övladımın həkimi Günay Fərəcovadır. O, hər iki övladımı dünyaya gətirməsi üçün həyat yoldaşıma təmənnasız xidmət göstərib. Bu xoş gündə məni silahdaşlarım, qazi qardaşlarım da tək qoymadılar.