Vətən müharibəsinin bir qrup iştirakçısı ehtiyata buraxıldı – Fotolarbackend

Dövlət Sərhəd Xidmətinin (DSX) Vətən müharibəsinin iştirak­çısı olmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu­larının Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə “Horadiz” sərhəd dəstəsində tədbir keçirilib.

Bu barədə “Yeni Gündəm”-ə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Tədbir çərçivəsində Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstə­rə­­rək torpaqlarımızın azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Pre­zi­denti, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı İlham Əliyev tərəfin­dən təltif edil­miş sərhədçilərə medallar təqdim olunub.