31 iyul Dövlət Sərhəd Xidmətinin yaradılmasının 21 illiyidir. Ölkəmizin dövlət sərhədlərinin etibarlı mühafizəsində böyük əməyi olan sərhədçilərimizi təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirəm.
Ölkəmizdə Sərhəd Qoşunlarının yaradılması ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə ikinci qayıdışından sonra da dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir.
Azərbaycan öz sərhədlərini hər zaman müstəqil qorumağa qadir olduğunu nümayiş etdirib. Bu gün də Ümummilli liderimizin yolunu uğurla davam etdirən Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət sərhədlərinin mühafizəsinə və sərhədçilərə göstərdiyi böyük qayğı nəticəsində Sərhəd Qoşunları daha da möhkəmlənir.
Ülviyyə Həmzəyeva
Milli Məclisin deputatı