İkinci qrup əlil Tağıyev Çingiz Novruz oğlu Analoq.az- a müraciət edərək bildirib ki , 2017-ci ildə Abşeron rayonu Güzdək qəsəbəsi ərazisində aldığı 15 sotluq çıxarışlı torpagı
Aşağı Güzdək Bələdiyyəsinin sədri Seymur İmanverdiyev və vasitəçi Nadir tərəfindən başqa adama satılıb.
Çingiz Tağıyevin 15 sotluq cixarışlı torpaq sahəsi əlindən çıxandan sonra ona həmin ərazidə kompensasiya olaraq bələdiyyə sədri Seymur İmanverdiyev və vasitəçi Nadirin vasitəsilə ona 15 sotluq digər torpaq sahəsi təklif edilib.
Belə ki, vətəndaş Çingiz Tagiyev ona təklif olunan ikinci torpaq sahəsini sevindiyindən tez hasara alandan sonra anlayıb ki, torpaq sahəsi bu dəfə ona aid deyil. Ondan xəbərsiz hasarı sökülüb , ərazini bölüb digər iki şəxsə satıblar.
Bununla bağlı illərdir Çingiz Tagiyev Aşağı Güzdək bələdiyyəsinin sədri Seymur İmanverdiyevin və vasitəçi Nadirin qapısını döyür. Lakin onun bugünə qədər problemi həll olunmayıb.
Əslində, sözügedən vətəndaş şikayətinə bənzər şikayətlər barədə ictimai rəyə daha əvvəllər də gəlinib. Xüsusilə, ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində bu kimi faktların, qanunsuzluqların, bələdiyyə sədrlərinin özbaşınalıqlarının ifşası həm də gələcəkdə həmin halların qarşısının alınmasında müəyyən təsirlər göstərə bilər.
Eyni zamanda, Bələdiyyələr haqqında qanun timsalında vəzifələrindən sui-istifadə etməklə, reallıqda cinayət törədən bələdiyyə başçıları qanun qarşısında cavab verməlidirlər.
Çünki biz daha əvvəllər də istər torpaq alqı-satqılarında, istər sənədləşdirmə məsələlərində, istərsə də digər məsələlərdə – korrupsiya və rüşvştxorluqda, həmçinin başqa qanun pozuntularına yol vermiş bələdiyyə sədrlərinin istintaqa cəlb edilməklə məhkəmə qarşısına çıxarılmalarının şahidləri olmuşuq.
Belə ki, vətəndaşların əzab-əziyyətlə topladıqları əmlaklarını mənimsəyənlərin qanun qarşısında cavab vermələrindən başqa yolları da qalmır. Daha doğrusu, Aşağı Güzdək Bələdiyyəsinin sədri Seymur İmanvetdiyev və vasitəçisi Nadir adlı şəxs də həmin reallığı dərk edib-anlamalıdırlar.
Haqqında bəhs etdiyimiz mövcud şikayətdə olduğu kimi…
Ümidvarıq ki, yeni bələdiyyə seçkilərindən sonra vətəndaşlarımız, o cümlədən seçici elektoratı bir daha belə hallarla qarşı-qarşıya qalmayacaqlar.
Yazıda adıçəkilən qarşı tərəflə gün ərzində əlaqə saxlayıb münasibət öyrənmək istəsək də buna nail ola bilmədik. Analoq.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.