Vətəndaşları aldatmış “Progress-2016” MTK növbəti dəfə məhkəməyə verildibackend

Bir mənzili bir neçə nəfərə satmaqla, vətəndaşları aldatmaqla məşhurlaşan “Progress-2016” MTK ilə bağlı növbəti dəfə məhkəməyə verilib.

“Yeni Gundem” xəbər verir ki, MTK ilə bağlı məhkəmədə iddianı Sailov Cəbi Baxşəli oğlu qaldırıb. İşin mahiyyəti torpaq mübahisəsidir. Həmçinin tərəflər arasında mübahisəyə səbəb mülkiyyət hüququ ilə əlaqədar mübahisədir. İddiaçı əmlak tələbi ilə çıxış edir.

“Progress-2016” MTK-nın işinə 21 may tarixində Abşeron Rayon Məhkəməsində hakim Mirnəsir Mirhəsənlinin sədrliyi ilə baxılacaq.