“Veysəloğlu” şirkətinə yazılan protokol məhkəmədə araşdırılırbackend

Nizami Rayon Məhkəməsində “Veysəloğlu” MMC barəsində tərtib edilmiş cərimə protokolu ilə bağlı məhkəmə başlayıb.

“Yeni Gundem”in məlumatına görə, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 8-nə təyin edilib.

“Veysəloğlu” şirkəti barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, “Veysəloğlu” MMC-yə tanınmış iş adamı Aydın Veysəloğlu Talıbov rəhbərlik edir.