Vəzifəli şəxs faciəvi şəkildə öldü – FOTObackend

Türkiyədə hakim partiyanın (AKP)  Aydınlar rayonu bələdiyyə sədri Tacettin Karamercan həlak olub.

Bələdiyyə sədri avtomobili ilə qəzaya düşüb.

İki maşının toqquşması nəticəsində 6-sı uşaq olmaqla 10 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım briqadası və polis sövq edilib. Tacettin Karamercanın həyatını xilas etmək mümkün olmayıb.

Qəzada yaralananlar arasında Aydınlar qəsəbəsinin keçmiş bələdiyyə sədri Mehmet Arif Tusun da olub.

Sfera.az