Vəziyyəti yaxşılaşan aparıcı başqa xəstəxanaya yerləşdirildibackend

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Televiziyasının (AzTv) aparıcısı Natəvan Babayeva reanimasiyaya yerləşdirilib. Ailəsinin onu “Liv Bona Dea Hospital”a yerləşdirdiyini qeyd edib.

“Liv Bona Dea Hospital”ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Samir Oruc “Yeni Gundem”-ə açıqladı ki, teleaparıcı Natəvan Babayeva bu gün səhər saatlarında ailəsinin istəyi ilə Onkologiya Mərkəzinə köçürülüb.

“Dünən günün ikinci yarısından Natəvan xanımın vəziyyəti pisləşəndən sonra mərkəzimizə yerləşdirilib. İlkin tibbi müayinələrdən sonra reanimasiyaya şöbəsinə yerləşdirilmişdi. Bu gün səhər saatlarından etibarən vəziyyəti stabilləşmiş, huşu normal idi. Ailəsinin istəyi ilə müayinəsi Onkologiya Mərkəzində davam etdiriləcək”,-deyə “Liv Bona Dea Hospital”-ın rəsmisi bildirdi.