VHP qeydiyyata alındıbackend

“Bu gün Ədliyyə Nazirliyi Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvlərinin reysterini təsdiq edib”.

“Yeni Gundem” xəbər verir ki, bu barədə partiyanın sədr müavini Samir Əsədli məlumat verib.

“Bununla bağlı partiya üzvlərini və tərəfdarlarımızı təbrik edirəm. Növbəti mərhələdə Nizamnamə və Proqramın yeni variantını nazirliyə təqdim edəcəyik” – S.Əsədli əlavə edib.

Qeyd edək ki, partiyanın sədri Milli Məclisin deputatı Sabir Rüstəmxanlıdır.