“Vicdan haqqı” serialında canlandırdığı qalmaqallı Larisa obrazı ilə yaddaşlarda həkk olunan aktrisa Çimnaz Sultanova paylaşımı ilə diqqətləri maqnit kimi üzərinə cəmləyib.
“Yeni Gündem” xəbər verir ki, cazibədar aktrisa yeni il ab-havalı ehtiraslı fotosessiyası ilə gündəmə gəlib.
Fotolarda ehtiraslı qadın obrazını canlandıran Çimnazın seksual pozaları görənləri heyrətləndirib. Qara uzun gece libasında stulda əyləşən sənətçi ətəyini əli ilə qaldıraraq açıq-saçıq pozalar verib.
İzləyicilər məşhurun bu paylaşımına “Milləti bir təhər elədin”, “Sənin fikrin biz kişiləri bu fotolarla öldürməkdir?”, “Necə də şirinsən” kimi rəylər yazaraq Sultanovanı şərh yağışına tutublar. Aktrisa isə ona gələn 200-dən çox şərhi cavabsız qoyub.