Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Viktoriya” (Plzen) ilə qarşılaşacaq “Qarabağ”da işlər qaydasına düşməyə başlayıb.
“Yeni Gündəm” bombardir.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi xoş xəbərlə sevinib. Belə ki, zədəli olan “Qarabağ”ın kapitanı Maksim Medvedevin durumu yaxşılaşıb.
Müdafiəçi kollektivlə ümumi məşqlərə də başlayıb. Ağdam təmsilçisinin təcrübəli üzvü Çempionlar Liqasının pley-off mərhələsinin “Viktoriya” (Plzen) ilə cavab oyunu üçün komanda ilə birlikdə Çexiyaya yollanacaq.
Ancaq Medvedevin sözügedən matçda oynayıb-oynamayacağı hələlik bəlli deyil. Buna görüşə saatlar qalmış məşqçilər korpusu qərar verəcək.