Vilayət Eyvazov İlqar Məmmədovu müşavir təyin etdibackend

Ali Hərbi Məktəbin sabiq rəisi, general-mayor İlqar Məmmədov yenidən vəzifəyə gətirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İ.Məmmədov daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun hərbi məsələlər üzrə müşaviri təyin edilib.

Qeyd edək ki, İ.Məmmədov ötən ilin sentyabr ayında Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi vəzifəsindən azad edilmişdi.