Vilayət Eyvazov polis mayorunu RƏİS TƏYİN ETDİbackend

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Azad Məmmədov Göyçay Rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi təyin edilib.

O, bundan əvvəl Ağdaş RPŞ-də İstintaq qrupunun baş müstəntiqi olub (oxu.az).