Vilayət Eyvazov vətəndaşları Salyanda qəbul edəcəkbackend

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 18-də Salyan Rayon Polis Şöbəsinin inzibati binasında Hacıqabul, Kürdəmir, Salyan və Şirvan şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Bu barədə “Yeni Gündən”-ə Daxili İşlər Nazirliyindən bildirilib.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı mayın 17-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.