“Vladimir Putinlə görüşdə müttəfiq dövlətin təhlükəsizlik məsələlərini müzakirə etdik” – Lukaşenkobackend

Rusiya Federasiyasının paytaxtında Rusiya və Belarus liderləri arasında görüş baş tutub.

“Yeni Gundem” rus mətbuatına istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun bəyanatına görə, onun rusiyalı həmkarı Vladimir Putinlə dünən keçirilən görüşdə müttəfiq dövlətin təhlükəsizlik məsələləri müzakirə edilib.

“Dünən Vladimir Putin ilə fundamental danışıqlar apardıq. “Biz qapalı məsələləri müzakirə etdik, əsas diqqəti təhlükəsizlik məsələləri, hərbi sənaye kompleksinin inkişafı və müttəfiq dövlətin müdafiəsi məsələlərinə yönəltdik”, – Lukaşenko qeyd edib.

Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov Vladimir Putin və Aleksandr Lukaşenko arasında dünən keçirilən görüşün “uzun və mənalı” olduğunu bildirib.

Rusiya mətbuatının məlumatına görə, Putin və Lukaşenko bu gün Rusiya və Belarusun Müttəfiq Dövlətinin Ali Dövlət Şurası çərçivəsində görüş keçirəcək.

Fərahim Rəhimov