Dekabrın 3-də Novxanıda evdə baş verən partlayış nəticəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
TƏBİB-dən “Yeni Gundem”-ə verilən məlumata görə, evdə partlayış baş verməsi səbəbilə xəsarət alan 1949-cu il təvəllüdlü şəxsin (kişi cinsli) müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsində davam etdirilir.
Qeyd olunub ki, onun vəziyyəti hazırda ağır-stabildir: ”Bədən səthinin 55%-ni əhatə edən 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən şəxsin yaraları cərrah tərəfindən izlənilir”.
Bundan başqa, Yeni Klinikaya təxliyə olunan 1959-cu il təvəllüdlü şəxsin isə (qadın cinsli) müalicəsi Reanimasiya şöbəsində aparılıb. Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Daha sonra ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisələrindən birinə təxliyə olunub.
Qeyd edək ki, hadisə dekabrın 3-də Abşeron rayonu, Novxaları bağlarında fərdi yaşayış evində qeydə alınıb. Evdə olan 2 nəfər xilasedicilər tərəfindən çıxarılaraq xəstəxanaya göndərilib.
Hadisə zamanı xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri Aidə Həşimova və Qasım Həşimov olduğu açıqlanıb.