Oktyabrın 3-də Milli Məclisin Gənclər və idman komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.
Milli Məclisin deputatı Vüqar İskəndərov iclasda çıxış edərək komitənin payız sessiyası üçün iş planının layihəsini müsbət qiymətləndirib, iş planı ilə bağlı təkliflərini səsləndirib. Təklif olunan qanun layihəsindəki dəyişikliklərin əhəmiyyətini qeyd edərək Azərbaycanda gənclər və idman sahəsinin daha da inkişafının bəzi aktual məsələlərinə və müvafiq qanunvericiliyin təkmilləşdirilməsinə dair fikirlərini bölüşüb.