Vüqar Qurbanov TƏBİB layihəsini batırdı – Deputat da narazıdır…backend

Dövlətin səhiyyə siyasəti TƏBİB üzərində qurulub. Necə ki sosial layihə ASAN Xidmətdir, ictimai nəqliyyat Baku bus sayılır, tibb sektoru da bu brendlə piar edilir. Lakin Vüqar Qurbanovun icraçı direktor təyin olunması bu layihəni batırmaqdadır. Tribunainfo.az xəbər verir ki, Vüqar Qurbanov “üstü bəzək, altı təzək” idarəetməsi yaradıb. Kənardan yaxşı görünsə də, mahiyyəti sabun köpüyüdür. Bu azmış kimi, Qurbanov yaxınlarını müxtəlif vəzifələrə yerləşdirib.
Bir müddət əvvəl deputat Qüdrət Həsənquliyev demişdi ki, TƏBİB yaradıldı, amma o da özünü doğrultmadı: “Bu sahədə ikili rəhbərlik mövcuddur. Niyə səhiyyədə olan şəxslər özlərində güc tapıb Cənab Prezidentə məruzə eləmirlər ki, bu bizim bacardığımız iş deyil. Bizə məsləhətlər lazımdır, xaricdən bu sahəni bilən güclü mütəxəssislərin dəvət olunmasına ehtiyac var. Yəni burada utanılası bir şey yoxdur. Xaricdən mütəxəssislər dəvət olunmalıdır və bu sahə qurulmaldır. Bu sahədə bizə kömək lazımdır. Hesab edirəm ki, hələ uzun illər bu cür davam edəcəyi təqdirdə nöqsanlar qalacaq. İslahatlar zamanı bəzən uğursuz qərarlar da olur. Hesab edirəm ki, uğursuz qərarlardan biri TƏBİB-in yaradılması olub”. Qarşı tərəfi dinləməyə hazırıq.