Aparıcı-aktrisa Vüsalə Əlizadə maraqlı fotosessiya etdirib.
“Yeni Gundem” xəbər verir ki, o, tərzindən uzaq bir obrazda kamera qarşısına keçib.
Vüsalənin şəkillərini Əlibəy Qasımov çəkib. Aparıcı fotolardan bir neçəsini instaqram səhifəsində paylaşaraq fərqli obrazı barədə rəy verib:
“Hərdən belə də olur, özün istədiyin kimi yox, işin tələb etdiyi kimi olmağa məcbursan! İnsanlığını, şərəfini itirməmək şərtilə! Mənimçün həyatdakı vəzifələrim hər biri ayrı gözəldir! Birinci insan olmaq, sonra övlad, qadın, ana, bacı və sairə bildiyiniz digər vəzifələrim, hər birində tam olmağı sevirəm. Çünki həyatı sevirəm”.