“Oğlumu evləndirmək istəyirəm”.
“Yeni Gündəm” xəbər verir ki, bunu xalq artisti Gülyaz Məmmədova “Zaurla Günaydın” verlişində deyib.
Xanəndə xanım oğluna qız bəyəndirə bilmədiyindən gileylənib:
“Hələ toy məsələsi qalıb. Zaur, oğluma sən qız tap da. Oğlum üçün gedib qapı da döymüşəm, o qədər maraqlıdır ki. Amma görürəm ki, özü istəməsə mümkün deyil. Ürəyimdi tutduğum da olub ki, ona filankəsin qızını alım. Elə bir çox bəyəndiyim qız da var idi, amma gah deyir “bacımdır, istəmirəm”, gah deyir “qohumdan istəmirəm”.
Zaur Baxşəliyev xalq artistinin bu açıqlamasına Qohumdan alma, qıraqdan bir qızı özünə gəlin et” sözləri ilə reaksiya verib. Qeyd edək ki, Gülyaz Məmmədovanın bir oğlan övladı var.