Xalq artisti Tünzalə Ağayeva geyimləri ilə gündəm yaratmağa davam edir.
“Yeni Gundem” xəbər verir ki, 47 yaşlı ulduz bu dəfə dərin dekolteli qısa libasda kamera qarşısına keçib. Çıxış etdiyi məclisdən kadrlarını instaqramda paylaşan ifaçı həm geyimi, həm də ifası ilə göz qamaşdırıb.
Ulduzun mini geyiminin yerli moda evlərindən birinə aid olduğu məlum olub.